06 Noyabr 2024
Ölkə futbolu

Rəşad Sadıqov: “Futbolçularıma peşəkarlığa görə təşəkkür edirəm”

“Futbolçularımı təbrik etmək istəyirəm. İlk növbədə bu oyuna hazırlaşdıqları üçün. Vaxtımız çox deyildi. İlk dəqiqədən sona qədər futbolçular oyuna çox yaxşı köklənmişdilər. Bu da mənim üçün çox önəmlidir. Yaxşı başladıq. Fasilədə rəqibin irəli atılacağını ehtimal edirdik. İlk dəqiqələr çətin oldu, amma sonradan bir qol da vurub qalib gəldik. Sezona başlamaq həmişə çətindir. Futbolçularıma peşəkarlığa görə təşəkkür edirəm”.

İdmabxeber.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 1-ci turunun “Səbail”lə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, daha sonra Avropa Liqası III təsnifat mərhələsində qarşılacaqları “Osiyek” (Xorvatiya) klubu barədə danışıb:

“Yaxşı komandadır. Əvvəl daha çox topla oynayırdılar. İtaliyalı məşqçinin gəlişindən sonra həm toplu, həm də topsuz olaraq yaxşıdırlar. Aqressivdilər. Rəqibi analiz etmişik. Birigün yola çıxırıq. Vaxtımız var idi, bir az təhlil etdik. Biz də yaxşı hazırlaşacağıq. İstədiyimiz rotasiyaları etdik. Vacib olan odur ki, kimsə yüklənmiş, yorğun halda oyuna çıxmasın. Uzun yol gedəcəyik. Məyus edən məqam zədəlilərimizin olmasıdır. Öz hədəflərimiz var. Düşünürəm ki, iki maraqlı oyunun şahidi olacağıq. Rafael Utsiq zədələnib. Tiaqo Silva, Pyer Zeblidə də həmçinin zədələr var. Onlar bizim üçün çox önəmli oyunçulardır. “Osiyek”ə qarşı oynayıb-oynamayacaqları yaxın günlərdə bilinəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43