Kateqoriyasız

Rəşad Sadıqov: “Hər iki cəbhədə uğurlu olmaq istəyirik”

Premyer Liqanın 16-cı turu çərçivəsində “Zirə” öz meydanında “Sabah”ı qəbul edib və rəqibinə qalib gəlib – 2:0.

İdmanxeber.az-ın məlumatına görə, oyundan sonra  “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:

– Çox gərgin və maraqlı oyun keçdi. İlk hissədə meydanın mərkəzi uğrunda mübarizə gedirdi. İkinci hissədə daha yaxşı oynamağa başladıq. Çempionatın ən yaxşı komandalarından biri ilə oynayırdıq. Dünənki nəticələrdən sonra bilirdik ki, rəqib qələbə qazanmağa çalışacaq.

– Komanda hər iki cəbhədə mübarizə aparır. Buna gücünüz yetəcəkmi?

Gələcəklə bağlı danışmaq istəmirəm. Çalışacağıq ki, hər iki cəbhədə mübarizə aparıb, yaxşı nəticə qazanaq.

– Rotasiyalar etdiniz. Volkovun mövqeyini dəyişdiniz və effektli oldu. Gələcəkdə də onu bu mövqedə oynadacaqsızmı?

Düşündüm ki, Volkovun sürətindən istifadə edib effekt ala bilərik. Biz də bunun xeyrini gördük.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43