Kateqoriyasız

Rəşad Sadıqov: “Qarabağ”ın 100 faizlik epizodu olmadı”

Azərbaycan Premyer Liqasında XIX turun “Zirə” – “Qarabağ” (0:2) oyunundan sonra təkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Rəçad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Diqqətlə baxıb, təhlil etmək lazımdı. “Qarabağ” əlinə düşən fürsətlərdən yaxşı istifadə etdi. İlk hissədə qapıya iki top gəldi və qol oldu. Biz də hücumda passiv idik. Oyun ərzində “Qarabağ”ın 100 faizlik epizodu olmayıb. Məyusuq, lakin önümüzə baxmalıyıq. Qarşıda “Qəbələ” səfəri var, yaxşı hazırlaşmalıyıq.

– Meydanda futbolçular çox səhv etdi. Bu gün məğlub olmağınızda əsas səbəb bu idi?
– Top itkilərimiz oldu. Rəqibin etdiyi pressinqi də nəzərə almaq lazımdı. “Qarabağ”dan bunu gözləyirdik. İkinci hissə daha inamlı oynamağı planlaşdırırdıq. Düşünürdük ki, ilk hissə 0:0 hesabıyla bitsəydi, rəqib də artıq tələsəcəkdi. İki zərbə oldu, onlar da qolla nəticələndi. Rəqib inamlı şəkildə pressinq edirdi və bizdə top itkilərinə səbəb olurdu. İkinci hissədə oyuna nəzarət etdik. Oyunu çevirmək mümkün olmadı, qol epizodu yarada bilmədik.

– Baukun zədəsi necədi?
– Ümid edirəm ki, ciddi olmaz. Axsaya-axaya yeriyir.

– “Qarabağ” hər il avrokuboklarda oynayır. Bugünkü oyunla “Zirə”nin avrokuboklara hazır olmadığını düşünmək olar?
– “Qarabağ” Çempionlar Liqasında oynayır. Biz orada oynamağa hazır deyilik. Bu gün “Qarabağ”ın çoxlu qol imkanları demək olar ki, olmadı. 2 top gəldi və qol oldu. Rəqib qol şansından belə istifadə edirsə, ona qarşı qələbə qazanmaq çox çətin olur.

– Daha bir hücumçunuz sıradan çıxdı. Bu, fiziki hazırlıqla bağlıdı, yoxsa şansla?
– Həqiətən, aldıqları zədələr fiziki hazırlıqla bağlı deyil. Bizdə baxırsan ki, yıxılır çiyni çıxır, bu gün Klesio qaçdığı yerdə ayaq biləyi burxuldu. Sıx qrafikdə oynamaq çətindi. Yanvar ayında bizim proqramımız dəyişdi. Gərək bu qrafik tərtib olunanda həm milli, həm də klublar nəzərə alınsın. Sıx qrafikdə heyətimiz kasad olduğu üçün oynamaq çətindi. Ağabala zədədən qayıtmışdı, onu qorxa-qorxa oynadıram. Şikayət etmirəm, çalışacağıq ki, bu vəziyyətdən çıxaq.

– Sərtan Taşkın nə üçün tez əvəzləndi?
– Son oyunlarda yaxşı çıxış edirdi. Lakin bu gün ondan narazı qaldım. İlk 5 dəqiqədə onun cinahından təhlükəli hücumlar gəldi. Məhz buna görə narazı qaldım. İmkanım olsaydı, 20-25-ci dəqiqədə dəyişərdim. Lakin mən belə şeyləri sevmirəm. Özünə də demişəm, bu gün ondan çox narazı qaldım. Potensialı var, ancaq nəsə özünə bənzəmirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43