Avroliqanın IV turuna yekun vurulub
Dünən “Qarabağ” səfərdə “Vorskla”nı məğlub edərək Avroliqadakı lik qələbəsəini qazanıb. Oyunun ardından komandamızın kapitanı Rəşad Sadıqov görüş barəsində fikirlərini bildirib:
“Oyunun gərgin keçəcəyini bilirik. Oyunöncəsi stadionda son məşqimizə çıxanda meydanın donduğunu görmüşdük. Nisbətən buna hazırlıqlı olsaq da, burada oynmaq çəx çətindir. Komanda yoldaşlarımı təbrik edirəm. Layiqincə mübaruizə apardıq və qələbə qazandıq”.
Qrupdakı vəziyyət barəsind də açıqlama edən təcrübəli oyunçu “Sportinq”in “Arsenal”dan xal almasının işlərini çətimləşdirdiiyni bildirib:
“Qrupda vəziyyətimiz onsuz da yaxşı deyildi. “Sportinq”in səfərdə “Arsenal”dan xal alması isə işimizi daha da çətinləşdirdi. Ancaq “Sportinq”lə hılə evdə oyunumz var. Düşünürəm ki, həmin oyunda yaxşı nəticə qazanacayıq”.