Kateqoriyasız

Rəşad Sadıqov: “Ürəyimdən keçən heç-heçə idi”

“Dünən əlverişsiz hava şəraitinə görə oyun ikinci hissədə dayandırıldı (65-ci dəqiqədə – red.). Belə məqamlarda komandanı tonusda, konsentrasiyada saxlamaq çox çətindir. Hər iki komandanın futbolçularını təbrik etmək istəyirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qəbələ” ilə matçdan (0:0) sonra deyib.

O, daha sonra sözlərinə belə davam edib:

“Açığı, ürəyimdən keçən o idi ki, heç-heçə bitsin. Futbolçuların əziyyətinə heyfim gəlirdi, kiminsə bu gün məğlub olmasını istəmirdim. Dünənki hava şəraiti çox ağır idi. Uşaqlar yaxşı mübarizə apardılar. Hər iki tərəfin istər dünən, istərsə də bu gün qol epizodları oldu. Elə ədalətli nəticə heç-heçə idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43