Kateqoriyasız

Rəşad Sadıqovdan Mahir Emreliyə dəstək

“Mahir, yolun açıq olsun. Əminəm ki, beynəlxalq arenada Azərbaycanı layiqincə təmsil edəcəksən”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Polşanın “Legiya” klubuna keçən Mahir Emreliyə dəstək məqsədi ilə şəxsi İnstaqram hesabında paylaşıb.

Emreli isə Rəşad Sadıqovun paylaşımına cavab olaraq İnstaqram hesabında bunları yazıb:  “Buralara gəlib çıxmağımda ən önəmli rolu olan insanlardan biri, kapitanım, hər şeyə görə çox sağ ol”.

Xatırladaq ki, Mahir Emreli “Legiya” ilə 3 illik müqavilə imzalayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43