Misli Premyer Liqasının XXIV turunda “Zirə” doğma meydanda “Kəpəz”i qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, dünən keçirilməli olan görüş qar yağışı səbəbilə bu günə təxirə salınıb. Hazırda da meydançanda qardan təmizlənmə işləri aparırlır.
Komandanın baş məşqçisi Rəşad Sadıqov da meydançanın təmizlənməsində iştirak edib.
Qarşılaşma saat 18:00-da start götürəcək.