UEFA Avropa Liqasında “Şerif”lə (Moldova) qarşılaşacaq “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov püşkü dəyərləndirib.
İdmanxeber.az-ın məlumatına görə, “qartallar”ın baş məşqçisi bunları deyib:
“Şerif” Azərbaycan futboluna tanış rəqibdi. Avrokuboklarda 3 dəfə “Qarabağ”la qarşılaşıblar. Avropada yetərincə təcrübələri var. Qarşıdakı günlərdə rəqibi daha detallı şəkildə təhlil edəcəyik. Komandamıza güvənirəm. İnanıram ki, bizi qarşıda iki maraqlı matç gözləyir. İnşallah bu oyunlara yaxşı hazırlaşıb, mərhələni keçən tərəf biz olarıq”.