Premyer Liqa

Rəşad Sadıqovdan qələbə şərhi: “Səbail”in görüntüsü aldadıcıdır”

“Oyuna təmkinli başladıq. Daha çox topa nəzarət edib, rəqibin dinamikasını aşağı salmağa çalışırdıq və buna da nail olduq. Fasilədən sonra oynamaq hər zaman çətin olur. “Səbail”in aldadıcı görüntüsü var. Hər kəs elə bilir rəqib rahat məğlubediləndi. Lakin elə deyil”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Səbail”lə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, Volkova gələn təkliflər haqda verilən sualı belə cavablandırıb:

“Volkova təklif gəlib-gəlməməsi ilə bağlı bizdə hər hansı informasiya yoxdu. Volkova yaxşı futbolçudu. Bir neçə futbolçularımızla mayda müqaviləmiz bitir. Heç bir danışıq da aparmamisiq. Çünki düşünürəm ki, tezdi. Hər şeyin öz vaxtı var”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43