Kateqoriyasız

Rəşad Sadıqovun futbolçu kimi ilk müqaviləsindən qazancı 20 “şirvan”

Azərbaycan millisinin sabiq kapitanı və “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun futbolçu kimi bağladığı ilk müqavilənin fotosu yayılıb.

Müqavilədə sözləşmənin detalları əks olunub.

21 il əvvələ təsadüf edən müqavilənin müddəti 3 il olub. Sözləşmə şərtlərinə  əsasən, R.Sadıqovun aylıq maaşı o vaxtın pulu ilə 200 min manat (20 şirvan) olub.

Qeyd edək ki, 2005-ci il fevralın 7-də Prezident İlham Əliyev “Pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” fərman imzalayıb. Fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən etibarən Azərbaycan ərazisində yeni manatdan istifadə edilməsinə başlanıb. Bu zaman 1 yeni manat 5 000 köhnə manata bərabər tutulub və bir il hər iki pul qüvvədə olub (qafqazinfo.az).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43