“Zirə”nin zədəli futbolçuları Loris Broqno və Filipe Paxtman komanda ilə birgə məşqlərə başlayıb.
Klubun mətbuat xidmətindən İdmanxeber.az-a bildirilib ki, həm braziliyalı, həm də belçikaylı futbolçu formasını bərpa etdikdən sonra oynamaq şansı qazanacaq.
Qeyd edək ki, Filipe 7 aydı ki, zədəlidi. Belçikalı yarımmüdafiəçi Loris Broqno isə bu yay transfer pəncərəsində komandaya qoşulmuşdu.