İdman

RƏSMƏN QURBAN QURBANOV MİLLİDƏ!

Millimizin yeni baş məşqçisi müəyyənləşib.

Idmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu vəzifəyə “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov təyin edilib. Bu qərar AFFA-nın İcraiyyə Komitəsinin  bugünkü iclasında verilib.

 Q.Qurbanov milli komandada vəzifəsinin icrasına Robert Prosineçkinin müqaviləsinin müddəti başa çatdıqdan dərhal sonra başlayacaq.

Qeyd edək ki, Prosineçkinin millimizlə müqaviləsi dekabrın 6-ı başa çatacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43