Dünya futbolu

RƏSMİ: “Real” daha bir futbolçunu komandadan göndərdi

“Real” Məsut Özilin ardından daha bir futbolçu ilə yollarını ayırıb.

Klubun rəsmi saytına istinadən verdiyimiz məlumata görə, ispan təmsilçisi qapıçısı Antonio Adanı komandadan göndərib. Qolkiperlə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

Kral klubu 26 yaşlı qapıçıya gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, bu klubun yetirməsi olan Adan indiyənə qədər 18 oyuna çıxa bilmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43