“Xəzər Lənkəran” daha bir futbolçunun keçidini rəsmiləşdirir.
Klubun mətbuat xidmətiin rəhbəri Hüseyn Cəbrayıloğlu idmanxeber.com-a bildirib ki, bu gün düşərgədə olan Tieqo ilə müqavilə imzalana bilər.
Tam adı Villian Tieqo de Jesus olan 28 yaşlı futbolçunun son iş yeri ölkəsinin “Fiqueyrense” klubu olub. Mərkəz müdafiəçisi burada 43 oyunda 4 dəfə fərqlənməyi bacarıb.
2009-2010- mövsümündə Yaponiyanın “Kioto Sanqa” klubunun şərəfini qoruyan Tieqo hələ ki, yeganə legioner həyatı yaşadığı klubda 11 oyun keçirdib. O, bundan əlavə ölkəsinin “Serqipe”, “Qremio”, “Bahia” və “Çeara” kimi klublarının formasını geyinib.