Con Toşakı istefaya göndərən "Xəzər Lənkəran"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, bundan sonra Lənkəran klubunu Türkiyənin tanınmış baş məşqçisi Mustafa Dənizli çalışdıracaq. Çalışdırıcı ilə bütün məsələlərdə razılıq əldə olunub. Mütəxəssis yaxın günlərdə Azərbaycana gələcək və Cənub təmsilçisi ilə müqavilə imzalayacaq. Bu keçidin, bu gün rəsmiləşəcəyi gözlənilir.