Adrien Rabionun agenti oyunçunun potensial transferi ilə bağlı “Arsenal” və “Tottenhem” ilə əlaqə saxlayıb.
İdmanxeber.az-ın məlumatına görə, iyulun 18-də “Yuventus” yarımmüdafiəçinin müqaviləsinin başa çatması səbəbindən komandadan ayrılacağını açıqlayıb.
Rabio 2019-cu ildən İtaliya klubunda çıxış edir. Bu müddət ərzində 29 yaşlı fransalı İtaliya çempionu və iki dəfə ölkə kubokunun qalibi olub.