Qadın voleybolçular arasında Çempionlar Liqasında qrup sonuncu olaraq mübarizəni “CEV Kuboku”nda davam etdirən “Rabitə”nin bu turnirdə ilk oyununun tarixi bəlli olub. Komandamız yarışmanın “Çelenc raundu”nda Fransanın “Beziers” klubu ilə martın 3-də qarşılaşacaq. Səfərdə baş tutacaq görüş Bakı vaxtıyla saat 23:00-da start götürəcək. Oyunu italyan Omero Satanassi və ispan Xuan Antonio Alvarez idarə edəcəklər.
Qeyd edək ki, cütün Bakıda keçiriləcək cavab qarşılaşmasının tarixi hələ məlum deyil.
CEV Kuboku
1/4 final
3 mart
23:00 “Beziers” – “Rabitə”