İdman

Rafiq Hüseynov erməniyə qalib gəldi – Bürünc medal qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq.) bu gün Tokio-2020-də təsəlliverici görüşə çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, o,  Tunis təmsilçisi Lamyed Maafi ilə qarşılaşıb və 11:1 hesablı qələbə qazanıb. Beləliklə, Hüseynov bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyanla üz-üzə gəlib. İdmançımız qalib gələrək (4:1) bürünc medal qazanıb.

Bu, Azərbaycanın Tokio-2020-də üçüncü bürünc medalı, güləşçilərimizin isə birinci medalı olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43