İdman

Rafiq Hüseynov: “Mənim üçün bundan böyük qələbə yoxdu”

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanması barədə danışıb.

Həlledici görüşdə erməni Karapet Çalyana qalib gələn idmançımız rəqiblərinə fərq qoymadığını söyləyib:

“Çox sevinirəm ki, nəhayət, Olimpiya medalını aldım. Çoxdankı arzum idi. Bilirsiz ki, bütün medallarım var idi. Hər dəfə bir şey olurdu, iştirak edə bilmirdim. Şadam ki, bu dəfə lisenziya qazandım və olimpiadaya qatılıb, medal əldə etdim.

Rəqibin erməni olması? Bu, idmanda düzgün yanaşma deyil. Erməni udanda qəhrəman olursan. Onda belə çıxır ki, uduzanda gərək, xalq düşməni olasan. Əsas odu ki, medal qazanmışam. Mənim üçün bundan böyük qələbə yoxdu. Bu, atamın qələbəsidi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43