16 Oktyabr 2024
Kateqoriyasız

Rahid Əmirquliyev, Maldini, Zanetti və başqaları… (YAZI)

Bu günlərdə maraqlı bir məlumatla qarşılaşdım. Belə ki, 9 ildi “Xəzər Lənkəran”da top qovan Rahid Əmirquliyevin forması əbədiləşdirilir. 

Klub kapitanın şərəfinə, onun 14 nömrəli formasını əbədiləşdirir. Bu tendensiya bizim ölkədə ilk dəfə baş verəcək. Məncə Rahidin yanvarda klubunu dəyişmək istəməsi bu jestə kölgə salır. Bu jestə nümunə olaraq biz “Milan”ın 6 nömrəli futbolkanı Franko Baresinin, 3 nömrəli formanı Maldini soyadının, “İnter” isə 4 nömrəli köynəyi Zanettinin şərəfinə əbədiləşdirdiyini görə bilərik.

 

Bu nümunələrə baxdıqda görəcəyik ki, həmin futbolçular karyelarını bu klubda başlayıb və bitiriblər. Ya da uzun müddət bu klubun şərəfini qoruyublar. İndi sizə “təqaüdə çıxmış” formaları təqdim edəcəm.

Şimalı Amerikada ədətlərindən olan 1-dən 99-a kimi formaları nömrələmək 1980-ci illərin sonunda futbolda tətbiq edilməyə başlanıldı. Bu isə klublarda oynayan futbolçuların nömrə seçiminin geniş olmasına gətirib çıxardı. Həm də klublar öz əfsanələrinə jest olaraq onların formalarını əbədiləşdirmiş oldu. Bu da o demək idi ki, həmin futbolçu ilə öz forması da “təqaüdə çıxır”

Stastistikaya görə “Xəzər-Lənkəran”ın bu jestindən qabaq rəsmi olaraq 18 forma “təqaüdə çıxıb”.  Bunlardan 13-ü isə Seriya A klublarının payına düşür. Maraqlı bir nüans isə “Çelsi” və “Kalyari”də forma geyinmiş Zolanın forması hər iki klub tərəfindən təqaüdə çıxarılmasıdı. 10 nömrəli forma “Kalyari”də, 25 nömrəli forma isə “Çelsi”də artıq kimsənin istifadəsinə verilmir. Rəsmi məlumatlara görə, “təqaüdə çıxmış” formaların 6-sı futbolçu həyatını itirındən sonra onun xatirəsinə xitaf olunub. İndi isə o futbolçuları bir-bir xatırlamağa çalışaq.

Meni Levi 26 yanvar 2002 ildə “Makkabi Təl-Əviv” – “B.Yeruselim” oyunun 9-cü dəqiqəsində hüşünü itirərək yerə yıxılan və həyatını itirən futbolçunun şərəfinə Təl-Əviv klubu 12 nömrəli formanı əbədiləşdirdi.

“Vasko de Qama” Romario de Souza Fariyanın 11 nömrəli formasını əbədiləşdirmişdi. Bu tendensiyanı Cənubi Amerikanın digər köklü komandası “Orlando Pirates” klubunda da müşahidə etmək olar. Belə ki, bu klub 22 nömrəli futbolkanı Lesley Manyathelanın şərəfinə toxunulmaz saxlayıb.

25 yanvar 2004-cü ildə “Benfika” – “Viktoriya Gimarayneş” oyununda həyatını itirən Miklos Feherin 29 nömrəli forması da “Benfika” klubu tərəfindən əbədiləşdirilmişdi.

“Atalanta” klubu isə 1997-ci ilin fevral ayında avtomobil qəzasında həyatını itirmiş “Çicco” ləqəbli hücumçu Federiko Pasinin 14 nömrəli formasını “təqaüdə çıxarmışdı”. Onu da qeyd edim ki, Pasi həyatını itirəndə onun 22 yaşı var idi.

“Breşiya” klubu isə 22 yanvar 2002-ci ildə daha bir avtomobil qəzasında həyatını itirmiş, komandanın kapitanı Vittoriyo Moranın 13 nömrəli formasını onun əziz xatirəsinə əbələşdirmişdi.

Digər bir avtomobil qəzası 2002-ci il mart ayında olmuşdu. Bu qəzada həyatını itirən isə “Kyevo”nun konqolu futbolçusu Yason Meyele idi. “Parma” səfərinə gedəcək heyətə çatmaq üçün tələsən Meyele komandanın həmişəlik özündən məhrum edir. “Kyevo” klubu isə onun şərəfinə 30 nömrəli köynəyi “toxunulmaz” edir.

Ölümündən sonra bu şərəfə layiq görülən son şəxs isə vaxti ikən “İnter” şərəfini qorumuş, son 18 ayında isə bu klubun prezidentin vəzifəsində işləmiş Gacinto Façetti idi. Milan təmsilçisi 3 nömrəli formalı əbədiləşdirmək üçün təəssüf ki, Façettini ölümünü gözlədi.

Sağ ikən bu şərəf hissini yaşan futbolçular isə aşağıdakılardı:

– “Roma” braziliyalı müdafiəçi dos Santos Aldeirin 6 nömrəli futbolçusunu əbədiləşdirib.

– “Napoli” Maradonanın 10 nömrəli formasını əbədiləşdirib.

– “Milan” Franko Baresinin 6 nömrəli futbolkasını əbədiləşdirib.

– “Breşiya” Roberto Baccionun 10 nömrəli formasını əbədiləşdirib.

– “Kalyari” Luiqi Rivanın 11 nömrəi formasını əbədiləşdirib.

– “Livorna” İqor Prottinin 10 nömrəi futbolkasını əbədiləşdirib.

– “Siena” Mikel Miqnanın 4 nömrəli formasını əbədiləşdirib.

– “İnter” Zanettinin 4 nömrəli formasını əbədiləşdirib.

– “Cenoa” isə Stefan Havkinqin 6 nömrəli formasını əbədiləşdirilimişdi.

Bundan əlavə rəsimi olmasa da, bir-iki forma da var ki, əbədiləşib.

Misal olaraq “Fənərbağça”, “Porsmut”, “Riding” kimi klublar 12 nömrəli köynəyi işlətmirlər. Buna səbəb kimi isə həmin nömrənin azarkeşlərə məxsus olduğunu bildirirlər.

“Lids Yunayted” Lukas Radabe komandadan ayrıldığından bu yana 5 nömrəli futbolkanı kimsənin istifadəsinə vermir.

“Mançester Siti” isə Mark Vivien Foenin ölümündən sonra 23 nömrəli formanı kimsənin geyinməsinə icazə vermir.

“Milan” isə 3 nömrəli formanı Maldini soyadına həsr edib.

Əcəmi Əsədullayev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43