Müsahibə

Rahid Əmirquliyev: “Bu işdə Prosineçkinin heç bir əli yoxdu”

“Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyevin İdmanxeber.com-a müsahibəsi.

– Bu gün AZAL-la qarşılaşacaqsınız. Turnir cədvəlindəki vəziyyətiniz yaxşı deyil. Azarkeşlər bugünkü matçdan nə gözləsin?

Oyuna ciddi hazırlaşmışıq. Çempionatdakı vəziyyətimiz elədir ki, bu gün qələbə qazanmalıyıq. Çətin oyun olacaq. Çalışacağıq ki, AZAL-a qalib gəlməklə 3 xal qazanıb azarkeşlərimizi sevindirək.

– Kubokda da iddia davam edir. Səncə, “Xəzər Lənkəran” hazırkı vəziyyətdə kubokda nəyə ümid edə bilər?

Lənkəranda istedadlı futbolçular var. Ancaq düşünürəm ki, bu il onlardan nəticə gözləmək düzgün olmaz. Bu formada davam eləsələr gələcəkdə yaxşı komanda olacaq.

– Gələn ay “Xəzər Lənkəran”dan ayrılacaqsan. Azarkeşlərin əksəriyyəti gedişinə haqq qazandırsa da, qınayanlar da az deyil.

Futbolda belə şeylər olur. Mən də təsəvvür edə bilmirdim ki,  bir gün “Xəzər Lənkəran”dan ayrılacam. İstəməzdim komandanı belə vəziyyətdə qoyum gedim. Ancaq belə alındı… Qismət belə imiş. Mən bütün azarkeşlərimizə təşəkkürümü bildirirəm. Onlar həm yaxşı, həm pis günlərimizdə yanımızda oldular.

– Artıq təkliflər də var. Səni Xorvatiyanın “Riyeka” klubu da heyətinə qatmağa çalışır. Legioner həyatı yaşayacaqsanmı?

Belə bir təklif olub. Ancaq indi konkret heç nə deyə bilməyəcəm. Qərarımı verməmişəm.

– Səni “Riyeka”ya Prosineçkinin məsləhət görüldüyü deyilir.

Yox, burda Prosineçkinin heç bir əli yoxdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43