AFFA İntizam Komitəsinin Orxan Sadıqlının “Neftçi”ylə matçda etdiyi ədəbsiz jesti bağışlaması ilə bağlı klubun kapitanı Rahid Əmirquliyevin münasibətini öyrəndik.
İdmanxeber.com-a müsahibə verən Cənub klubunun aparıcı üzvü Orxanın hərəkətinə haqq qazandırmayaraq, bunları deyib:
“Mahir cəzalandırıldıqdan sonra biz gözləyirdik ki, Orxan da cəzalanacaq. Lakin gözlədiyimiz baş vermədi. AFFA futbolçumuza cəza vermədi. Təbii ki, bu düzgün hərəkət deyil. Lakin AFFA-nın verdiyi qərar bizim xeyrimizə oldu. İnanırıq ki, bu son olacaq. Çünki “Xəzər Lənkəran” peşəkar klubdu və burada peşəkar futbolçular cəmləşib”.