"Xəzər-Lənkəran" klubunun futbolçusu Rahid Əmirquliyev açıqlamasında TPL-in 23-cu turu çərçivəsində AZAL-a qarşı keçiriləcək oyundan danışıb və “təyyarəçilər”i güclü rəqib kimi qiymətləndirib:
“AZAL indi qələbə axtarışındadır. Son turda “Qəbələ”yə məğlub oldular. Həm onlar, həm biz uğur qazanmaq istəyirik. Bazar günü hər iki komanda qələbə üçün meydana çıxacaq. AZAL-ı zəif rəqib kimi dəyərləndirmək olmaz. Yoxsa onlar bizə başağrısı olacaq. Ola bilər ki, zədə səbəbi ilə həmin oyunu kənardan izləyim”.(azerisport.az)