Polşanın LKS klubuna keçən millimizin müdafiəçisi Rahil Məmmədov yeni komandasında rəsmi oyunlara çıxa biləcək.
İdmanxeber.az-ın məlumatına görə, FIFA tərəfindən Lodz təmsilçisinə qoyulmuş transfer qadağası ləğv olunub. Buna səbəb Poşa klubunun sabiq oyunçuları – Mikel Reyqaard və Rikardinyoya olan borcunu tam ödəməsidir.
Problemin həll olunmasının ardından UEFA LKS-ə qış transfer pəncərəsində heyətinə qatdığı yeni oyunçuları qeydiyyatdan keçirilməsinə icazə verib.
Rahil Məmmədov ötən ay LKS klubu ilə 1,5 illik müqavilə imzalayıb.