Millimizin müdafiəçisi Rahil Məmmədovun çıxış etdiyi Polşanın LKS klubu Türkiyədə növbəti yoxlama oyunu keçirib.
İdmanxeber.az xəbər verir ki, komanda Cənubi Koreya təmsilçisi “Qanqvon”la qarşılaşıb. Görüş LKS-nin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Məmmədov start heyətdə meydana çıxıb və 60-cı dəqiqədə hesab 1:1 olarkən əvəzlənib.
Qarabağ”dan Polşa klubuna keçən Rahil Məmmədovla 1.5 illik müqavilə imzalanıb.