Rahil Məmmədovun çıxış etdiyi LKS Polşa çempionatında növbəti oyununu keçirib.
İdmanxeber.az-ın məlumatına görə, Lodz klubu XVII turdan təxirə salınan oyunda səfərdə “Stal Melets”lə qarşılaşıb. Görüş ev sahiblərinin minimal hesablı qələbəsiylə bitib – 1:0.
Görüşə start heyətində başlayan R. Məmmədov 90 dəqiqə meydanda qalıb. O, 70-ci dəqiqədə sarı kart alıb.
Ardıcıl dördüncü görüşdə məğlub olan LKS 10 xalla sonuncu pillədə qərarlaşıb.