Ölkəmizi avrokuboklarda təmsil edən klublarımız bu axşam səfərdə meydana çıxırlar.
İdmanxeber.az-ın məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında “Qarabağ” Polşada “Rakuv”un qonağı olacaq. Oyundan öncə bukmeker konturları görüşün favoritini açıqlayıblar.
Futbol biliciləri Polşa təmsilçisinin şanslarını Ağdam klubundan üstün görüblər. Belə ki, “Rakuv”un qələbəsinə 1,78, “Qarabağ”ın qalibiyyətinə isə 3,12 əmsal təyin edilib. Oyunun heç-heçə bitməsinə isə 2,80 verilib.
Konfrans Liqasındakı təmsilçimiz “Sabah”ın səfər görüşündə də favorit Latviyanın RFŞ klubu göstərilib. Ev sahibi komandanın qələbəsinə 2,10, Bakı təmilçisinə isə 2,58 əmsal təyin edilib. Görüşün bərabərə bitmə ehtimalı 2,67 kimi qiymətləndirilib.
“Sabah” – RFŞ matçı saat 20:00-da, “Rakuv” – “Qarabağ” oyunu isə Bakı vaxtı ilə 22:15-də start götürəcək.