Yay təlim məşq toplanışını davam etdirən “Xəzər Lənkəran” bu gün dostluq matçı keçirəcək.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ramazan bayramı ilə əlaqədar qardaş Türkiyə Cümhuriyyətində əksər klubların qısamüddətli istirahəti səbəbindən “ağ-yaşıllar” əvvəlcədən bu günə planlaşdırılmış yoxlama oyununu dostluq matçı ilə əvəz edib. “Xəzər Lənkəran” Bakı vaxtı ilə saat 20.00-da Türkiyə həvəskarlar liqində mübarizə aparan “Antalya Kundu Spor” klubu ilə məskunlaşdığı otelin futbol meydançasında qarşılaşacaq.
İyul ayının 21-də isə komanda Türkiyə Superliqa təmsilçisi “Kayserispor” klubu ilə yoxlama oyununda qüvvəsini sınayacaq.