Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Tailand çempionatına heç-heçə ilə başlayıb.
İdmanxeber.az-ın məlumatına görə, komanda mövsümün ilk turunda “Khonken Yunayted”lə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə sona çatıb.
Matça start heyətində başlayan 27 yaşlı hücumçu sonadək meydanda qalıb.
Bui nəticədən sonra ilk xalını qazanan “Buriram Yunayted” və “Khonken Yunayted” komandaları müvafiq olaraq 6 və 7-ci pillələrdə qərarlaşıblar.