Azərbaycanlı atlet Ramil Quliyev Türkiyə mətbuatına müsahibə verib.
28 yaşlı idmançı hədəfinin yüngül atletika üzrə səkkiz dəfə olimpiya çempionu olan sabiq atlet Useyn Boltun yerini tutmaq olduğunu bildirib:
“Bildiyiniz kimi, Useyn Bolt karyerasını bitirib və onun yeri boşalıb. Hədəfim bu boşluğu doldurmaqdır. Məncə, onun yerini tutmaq mümkündür. Dünyanın ən yaxşısı olmaq fərqlidir. Bunun üçün var gücümlə çalışıram”.
R. Quliyev Türkiyə yığmasının heyətində ötən il Londonda keçirilən dünya çempionatında 200 metr məsafəyə qaçış üzrə qızıl medala layiq görülüb.