“Birinci hissədə şanslarımız olsa da, onlardan yararlana bilmədik. Bu da nəticəsi”.
İdmanxeber.com-un məlumatına görə, bunu “Report”a açıqlamasında Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının futbolçusu Ramil Şeydayev deyib. Gənc forvard Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan millisinə 0:3 hesabı ilə məğlub olduqları görüş haqda bunları söyləyib:
“Bu gün məqsədimiz qələbə qazanmaq. Buna qədər vacib xallar itirmişdik. Ona görə də meydana qələbə üçün çıxmışdıq. Lakin istəyimizə çata bilmədik və uduzduq”.