Millimizin üzvü Ramil Şeydayevin formasını geyindiyi “Krılya Sovetov” səfərdə “Spartak”a 1:3 hesabı ilə mğlub olub. Oyundan sonra açıqlama edən Ramil Şeydayev özlərinə qarşı haqqsızlıq olunduğunu bildirib:
“Cari mövsümdə ilk dəfədir ki, start heyətdə meydana çıxdım. Üzərimdə az-çox bunun həyacanı var idi. Ancaq oyun başlayandan sonra fikrimi oyuna kökləyə bildim. Bir epizodda top rəqib müdəfiəçinin əlinə dəydi. Hakimin bunu necə görmədiyini anlaya bilmədim. Ümumiyyətlə, bu oyunda bizə qarşı çox haqqsızlıq oldu. Ancaq hakimlər də insandır. Bəzən onlar da xətalar edir”