24 Yanvar 2022
İdman

Ramil Şeydayev: “Gərək hücumçu qol vursun ki…”

“Çox yaxşı oynadıq. Öz oyunumuzu bəyəndim”.

İdmanxeber.com-un məlumatına görə, bu sözlər millimizin futbolçusu Ramil Şeydayevə məxsusdur.

Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində öz meydanında Almaniyaya uduzub – 1:4. Maçtdan sonra jurnalistlərə açıqlama verən Şeydayev fikirlərini bildirib: “Almaniya elə komandadır ki, onlara qarşı səhv etməməlisən. Məğlubiyyətə baxmayaraq, yaxşı oynadığımızı düşünürəm.Təssüf ki, məğlub olduq”.

“Jilina”nın hücumçusu öz oyunundan narazı qalıb: “Qol vurmadığım üçün narazı idim. Gərək hücumçu qol vursun ki, komandası da qələbə qazansın. Amma bu, məndə alınmadı”.

Ramil qeyd edib ki, Bakıda Şimali İrlandiya millisindən xal ala bilərlər: “Əgər Almaniyaya qarşı oynadığımız kimi oynasaq, yaxşı nəticə qazana bilərik.Belə davam etsək, Şimali İrlandiya, Norveç və San Marinonu öz meydanımızda üstələyə bilərik”.

Şeydayev stadiondakı atmosferdən də danışıb: “Hər şey əla idi. Azarkeşlərə təşəkkür edirəm ki, bizə belə dəstək verdilər. Çox təəssüf ki, meydandan məğlubiyyətlə ayrıldıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Roma” rəsmisi: “Qarabağ”la oyuna ən yaxşı şəkildə hazırlaşacağıq”

admin

Ruslar Bakıda təxribata əl atdı

admin

Premyer Liqamızda 2016-cı ilin ən yaxşı qolları (VİDEO)

admin