22 Oktyabr 2024
Dünya futbolu

Ramil Şeydayev ilk “18-lik”də

Bu gün Slovakiya Fortuna Liqasının 19-cu turu çərçivəsində “Jilina” doğma meydanda “Zlate-Moravçe”ni qəbul edəcək.

İdmanxeber.com-un məlumatına görə, millimizin hücumçusu Ramil Şeydayev bu gün “Jilina”nın heyətində debüt edə bilər. Belə ki, “Jilina”nın baş məşqçisi Adrian Quli gənc hücumçunu matçın ilk “18-liy”inə daxil edib.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 20.30-da başlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43