Rusiya Premyer Liqasının “Vkontakte” sosial şəbəkədəki rəsmi səhifəsində aparılan sorğunun nəticəsinə əsasən, “Zenit”in iranlı hücumçusu Sərdar Azmun 49.46 faizlə mart ayının ən yaxşı oyunçu seçilib.
Səsvermədə ümumilikdə 5 futbolçunun adı yer alıb. Onların sırasına milli komandamızın “Krılya Sovetov”da oynayan hücumçusu Ramil Şeydayev də daxil edilib. Şeydayev 2,37 (999 səs) faiz səslə TOP-5-liyin sonuncusu olub.