İdman

Ramil Şeydayev “Trabzonspor”u tərk etdi

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Trabzonspor”un düşərgəsindən ayrılıb.

İdmanxeber.com-un məlumatına görə, 22 yaşlı hücumçu digər klubla danışıqlar aparmaq üçün bu addımı atıb. O, klubdan icazə alaraq, komandanı tərk edib.

Şeydayevin Avstriyanın “Mattersburq” klubuna keçəcəyi gözlənilir. Bu komandanın baş məşqçisi Gerald Baumqartner açıqlamasında bu həftə keçidin rəsmiləşəcəyini bildirmişdi.

Qeyd edək ki, Ramil ötən mövsüm icarə əsasında “Qarabağ”da oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43