18 Oktyabr 2024
Ölkə futbolu

Ramil Şeydayev Türkiyə klubundan ayrılır – YENİ TƏKLİF ALDI

Türkiyənin “Kocaelispor” klubunda çıxış edən Ramil Şeydayev komandadan ayrılır.

İdmanxeber.az əldə etdiyi məlumata görə, hələ də yeni mövsüm hazırlıqları üçün klubun düşərgəsinə qoşulmayan millimizin üzvü ilə yollar ayrılacaq.

Şeydayev başqa klubdan təklif alıb və həmin komanda ilə razılaşıb.

Millimizin hücumçusu ötən mövsümün ikinci yarısı Kocaeli klubuna keçmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43