Dünya futbolu

Ramil Şeydayev yenə qol vurdu

Ramil Şeydayev Slovakiyada növbəti qolunu vurub.

Millimizin futbolçusu bu dəfə “Jilina”nın B komandasının ikinci liqada “Liptovski-Mikulaşa” ilə keçirdiyi oyunda (4:2) fərqlənib. Millimizin hücumçusu 67-ci dəqiqədə komandasının üçüncü qolunu vurub.

R.Şeydayev mayın 6-da əsas komanda ilə “Moxolovtse” ilə matçın 84-cü dəqiqəsində fərqlənərək, komandasına qələbə qazandırmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43