Millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi Türkiyənin “Kocaelispor” komandasının yeni baş məşqçisi məlum olub.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik Mustafa Gürsəllə 1,5 illik müqavilə imzalanıb. Mütəxəssis bu postda ötən gün istefa verən Ərtuğrul Sağlamı əvəz edib.
“Kocaelispor” hazırda Türkiyə 1-ci Liqasında 23 turdan sonra topladığı 43 xalla 3-cü pillədə qərarlaşıb.