Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Şamaxı” – “Neftçi” matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
İdmanxeber.az həmin müsahibəni dəqqitinizə çatdırır:
– Çox maraqlı oyun oldu. Ən azından bu, bölgə üçün bir hədiyyədir. İnsanların üzündəki sevinc heç nə ilə əvəz oluna bilməz. İlk oyun idi. “Şamaxı” komandası pis oynamadı.
– Futbolun bölgələrə qayıdışının davamı olacaq?
– Yüz faiz. Ən vacib olan işğaldan azad olunan torpaqlara futbolun qayıtmasıdır. Orada stadionların tikilməsi nəzərdə tutulur. Hər bölgənin öz komandası olacaq.
– Həmin bölgələr müəyyənləşib?
– Hər rayonda stadion tikiləcək.
– Bu, hansı müddətlə olacaq?
– O baxır maliyyəyə.
– “Keşlə” mövsümün sonunadək Bakıda məşq edəcək…
– Adaptasiya olmağa görə belə edilir. Növbəti mövsümdən tam olaraq Şamaxıya köçməyi klub rəhbərliyi bilər.