“Azarkeş davası olmasa, futbolun ləzzəti olmaz. Bu, bütün dünyada belədir. Bizim azarkeşlər hətta digərlərindən çox sakitdilər”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.
Qurum başçısı “Neftçi” – “Kəpəz” matçından sonra media mənsublarının suallarını cavablandırıb. Musayev oyundan sonra
“Kəpəz”in avtobusunun şüşəsinin sındırılmasına görə “Neftçi”nin cəzalanması mümkündü? – sualına, “Bu məsələni aydınlaşdıracağıq. Bəlkə, bunu heç “Neftçi” azarkeşləri etməyib?” – cavabını verib.
Sonda PFL prezidenti “Xəzər Lənkəran” və “Neftçi” arasındakı oyunlarda qonaq azarkeşlərin iştirakının mümkünlüyündən dnaışıb:
“Hər iki klub rəhbərliyi təhlükəsizliyə görə cavabdehlik daşısalar, bu, mümkündü”.