26 Dekabr 2024
Müsahibə

Ramin Musayev: “Hakimlərimiz klublardan daha çox hazırlaşırlar” – MÜSAHİBƏ

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Antalyaya ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibə verib:

– Bu dəfəki hazırlıqla bağlı fikirlərinizi bilmək maraqlı olardı…

– Ötən illə müqayisədə bu dəfə tamam fərqli ab-hava yaşandı. İlk dəfə olaraq, Azərbaycan millisinin baş məşqçisi Berti Foqts klubların düşərgəsində oldu və bu da sevindirici haldır. Klublarımızın hazırlıqları da xoşuma gəldi. Ancaq klublarımızın timsalında nəzərəçarpacaq transfer görmürəm ki, bu da bir qədər xoş deyil. Keçmiş klub rəsmisi kimi deyərdim ki, bu barədə klublarımız axsayır. Amma hazırlıqları yüksək səviyyədədir. Hakimlərimizin hazırlığı da eyni zamanda yüksək səviyyədə keçir, hakimlərin idarəçilik səviyyəsi də məni qane edir. Sual verə bilərsiniz ki, çempionatda da bunu görə biləcəyikmi, mən  deyərdim ki, bəli. GƏnc hakimlərimiz var hansı ki, yaxın zamanlarda həmin hakimlər də Premyer Liqa oyunarına təyinat alacaqlar. Təbii ki, bu tip məsələlərdə siz jurnalistlərin mövqeyi, fikri də nəzərə alınacaq. Bir söz də deyim, bir az başqa cür başa düşülməsin, mən deyərdim ki, hakimlərimiz klublardan daha çox hazırlaşırlar.

– Premyer Liqanın səviyyəsinin artdığını düşünürsümüz?

– Əlbəttə artıb. Artamasa idi “Neftçi” “Fənərbağça” ilə heç-heçə oynaya bilərdi? Öz işlədiyim qurumu tərifləməyim düzgün çıxmaz, amma burada olan başqa ölkənin nümayəndələrinin bizim klublar haqda müsbət fikir söyləməsi də çempionatımızın səviyyəsinin artmasını göstərir.

– Bizim futbolun ən zəif nöqtəsi həmişə fiziki hazırlıq olub. Sizcə, bu problem yenə yaşanır, ya necə?

– Antalyada olan 8 klubun hamısının oyununu izlədim və onların oyunlarının son dəqiqələrində də futbolçularımızın sürətli hücumlar qurması fiziki hazırlığın yüksək səviyyədə olmasından xəbər verir. Yeri gəlmişkən, Berti Foqts da bu fikri mənə dedi.

– Yəqin ki, mövsüm öncəsi sizin də favoritiniz olub. Artıq ikindi dövrə də yekunlaşma qüzrədir və komandaların potensialı böyük ölçüdə məlumdu. Maraqlıdır, fikrinizdə tutduğunuz komanda sizi yanıltmayıb ki?

– (gülür). Siz mənim boynuma qoymaq istəyirsiniz ki, favoritim olub. Mənim favoritim olmayb. Bəziləri deyir ki, çempionatda mübarizə 3 komanda arasında gedəcək, amma mən bu fikirlə razı deyiləm. Hələ qarşıda 18 oyun var və indidən bu sözü demək olmaz.  Məsələn, “Xəzər Lənkəran”da,  “İnter”də, “Neftçi”də ciddi transferlər olmayıb, amma oyun baxımından çox yaxşı təsir bağışlayırlar.  Düzdür, elə klubumuz da var ki, danışanda çempionluqdan danışır, amma baxırsan ki, axsayan yerləri var.

– “Qəbələ” ilk “üçlüy”ə düşməklə çoxdan gözlənilən yerini tutmuş sayıla bilər?

– “Qəbələ” öz şəraitinə görə, Azərbayanda öncül klublardan sayılır. Amma deyim ki, heyətlə bağlı onlarda da axsama var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43