Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvləri ilə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev arasında görüş keçirilib.
İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Məşqçilər Komitəsinin Azərbaycan Premyer Liqasının 2015/2016-cı il mövsümü ilə bağlı təklifləri və tövsiyələri dinlənilib, ölkə futbolunun hazırkı durumu müzakirə olunub.