Ölkə futbolu

“Ramin Musayev, sizdən xahiş edirəm, Rövnəq Abdullayevi fikrindən yayındırmayın!” – VİDEO

Azərbaycan teleməkanında qısa zamanda populyarlıq qazanan “TOP TOP” verilişi növbəti buraxılışı ilə tamaşaçıların görüşünə gəlib.  “TOP TOP”un bu sayı da Azərbaycan futbolunda baş verən ən maraqlı hadisələrə həsr olunub. Proqramın bu dəfəki qonaqları “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov, “Bosman” fan klubunun rəhbəri Mirhafiz Babayev, xalq artisti Ramiz Novruz  və daimi ekspert Elnur Əşrəfoğlu olacaq. “TOP TOP”da Azərbaycan futbolunun hazırki durumu müzakirə edilib, Topaz Premyer Liqasının son turunun oyunlarından söhbət aparılıb. “Qarabağ”ın çempionluğundan, Avroliqaya vəsiqə qazanan klublarımızdan danışılıb. CHATBOX kanalında yayımlanan “TOP TOP” verilişinin videoyazısını sizə təqdim edirik:


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43