Ölkə futbolu

Ramin Musayev: “Sxadadze hansı azərbaycanlı futbolçunu ortaya çıxardıb?”

Peşəkar Futbol Liqasının (FPL) prezidenti Ramin Musayev “İnter”dən ayrılacaq Kaxaber Sxadadze haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, “Futbol saatı”nda qonaq olan PFL başqanı gürcüstanlı çalışdırıcı haqda bunları deyib:

“Sxadadze güclü məşqçidir. Yoxdan komanda yaratdı. Amma mən bu gün də nə qədər fikirləşsəm də yadıma sala bilmirəm ki, Sxadadze hansı azərbaycanlı futbolçunu ortaya çıxardıb? Siz 1-2 nəfərin adını çəkə bilərsiniz. Amma 5-6 ildə 1 nəfər çox azdır. Mən bu sözləri ürəyimə gəldiyi üçün deməliyəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43