"O zamanlar "Neftçi"də çalışanda mənə Mustafa Denizlini məsləhət görmüşdülər. Onun məşqçi karyerasını çox bəyənmişdim. Sadəcə onu tapa bilmədik. Yoxa çıxdı. Çox istəyirdim Mustafa Denizlini "Neftçi"yə gətirim. Sadəcə alınmadı".
Bu sözləri idmanxeber.com-a PFL-in prezidenti Ramin Musayev deyib.
Qurum başçısı "Xəzər Lənkəran"ın yeni çalışdırıcısı haqda danışarkən daha sonra bunları deyib:
"Mustafa Denizlinin "Xəzər Lənkəran"a gəlişi məncə onlara xeyir verəcək. "Xəzər Lənkəran" bu seçimində uduzmayıb, udubdur. Mən inanıram ki, türk baş məşqçi Lənkəranda uğur qazanacaq. Gərək futbolçuya çox azadlıq verməyəsən. Musataf Dənizli inanıram ki, futbolçu seçimində də yanılmayacaq".