Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev “İnter” – “Qarabağ” matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
İdmanxeber.com-un məlumatına görə, qurum rəsmisi qalibləri təbrik edərək, Premyer Liqada iştirak edəcək komandaların sayı haqda da məlumat verib:
“Həm “Qarabağ”ı, həm də “İnter”i təbrik edirəm. Çempionatın necə keçməsi haqda mənim nəsə deməyim yersiz olar. Klublarımızın avrokuboklardakı oyunlarından sonra yəqin sübuta yetəcək ki, çempionat necə ədalətli keçib.
“Onu deyə bilərəm ki, çümpionat gələn mövsüm builkindən maraqlı olacaq. Bunu əminliklə deyirəm. Gələn mövsüm Premyer Liqada ən azı 10 komanda mübarizə aparacaq. Bu rəqəm 12 də ola bilər. Yaxşı sponsor tapsanız, gətirin 12 komanda olsun (gülür)”.