Kateqoriyasız

“Rapid” “Neftçi” ilə oyun öncəsi azarkeşlərinə müraciət etdi

Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşləri çərçivəsində Bakıda “Neftçi”nin qonaği olacaq “Rapid” azarkeşlərinə müraciət edib.

İdmanxeber.az-ın məlumatina görə, Vyana təmsilçisi bu çərin səfər öncəsi azarkeşlərindən dəstək istəyib. Klub onlara iki fərqli səyahət paketi təqdim edib. Bunlar VİP paket və sadəcə azarkeş paketidi.

Klubun rəsmi saytı bu səfəri çətin adlandırır. Bakının istisi, yolun uzaqlığı (4 saatlıq uçuş) “Rapid”i narahat edən məqamlardandı.

Qeyd edək ki, avqustun 4-ü keçiriləcək “Neftçi” – “Rapid” görüşü saat 21:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı bir həftə sonra Vyanada olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43