09 Avqust 2022
Kateqoriyasız

“Rapid”i məğlub etmək çox pozitivdir” – “Neftçi”nin baş məşqçisi

Konfrans Liqasının III təsnifat mərhələsinin III təsnifat mərhələsinin “Neftçi” – “Rapid” (Vyana, Avstriya) matçından (2:1) sonra təşkil edilən mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Laurentisu Regekampf jurnalistlərin suallarını cavablandırdı.

O, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Komandanı təbrik etmək istəyirəm. Döyüşdülər, çox gözəl oyun göstərdilər. Çox güclü rəqibə qarşı oynadılar. İlk dəqiqədən sona qədər güclü idik. Qələbəyə layiq oynadıq. Oyundan qabaq futbolçulara dedim ki, müsbət nəticə qazanmalıyıq. Növbəti mərhələ üçün iki oyun keçirməliyik. Vyanadakı matç çox çətin olacaq. Son dəqiqələrdə qol buraxmağımızdan çox narazıyam. Amma bizim üçün heç nə dəyişmir. Komandamdan eyni davranışı gözləyirəm. Çalışacağıq ki, Avstriyada da qələbə qazanaq. Bunu etməyə çalışmasaq, heç bir şansımız olmayacaq.

– Rəqibin zəif tərəfləri hansılar idi ki, bu gün onlardan istifadə etdiz?
– Rəqibə oyunu geridən qurmaq imkanı vermirdim. İkinci hissədə onlara boş zonalar və düşünmək üçün vaxt verirdik. Matçın sonlarında komanda hazırladığımız şeyləri etməyə hazır deyildi. 5 əvəzetmə etdik. Ola bilsin, bunun təsiri oldu. Amma nəticədən və oyunumuzdan razı qaldım.

– Son dəqiqələrdə buraxılan qol səfərdə “Neftçi”yə nə dərəcədə problem yarada bilər?
– Bu, bizə təsir etməyəcək. Futboldur, belə şeylər ola bilər. Çalışmalıyıq ki, orda da ilk 75 dəqiqədəki oyunu göstərək. Şansa ümid bağlamaq olmaz. Şanslardan istifadə etməliyik.

– Bu qələbə növbəti mərhələ üçün kifayət edəcəkmi?
– “Rapid”i məğlub etmək çox pozitivdir. Bu, asan deyil. Nələri düzgün etmədiyimizə baxmalı və analiz etməliyik. Konsentrasiya olmalı, topralanmalı və çempionat oyununa da hazır olmalıyıq. Ondan sonra Vyanadakı oyunda nə edə biləcəyimizə baxacağıq.

– “Aris”lə səfər matçı ilə müqayisədə komandanın oyununda çox böyük fərq oldu. Bu tempi qorumamaq narahatlığınız yoxdur?
– Bu tempi saxlamalıyıq. Çalışmalıyıq ki, bu səviyyəni saxlayaq. Ardıcıl iki oyunda qələbə qazanmışıq. Bəzi səhvlər edirik. Bunların üzərində işləyib daha yaxşı olmalıyıq. Əminəm ki, cavab oyununda şanslarımız olacaq.

– Oyunun sonlarında yorğunluq görünürdü. Bazar günü çempionat oyununuz var. Bu heyətlə belə sıx qrafikdə nə qədər çətin olacaq?
– Hər oyun çətindir. Bütün rəqiblərə hörmətlə yanaşmalıyıq. Oyunçularımız kifayət qədərdir. Daha yaxşı məşq etməlidirlər. Yaxşı qarışıq heyət hazırlamağa çalışmalıyıq ki, çempionat matçında da qələbə qazanaq. Bütün konsentrasiyam “Şamaxı” ilə oyunadır.

– Bu matçda ən çətin amil nə idi?
– Hava şəraiti. Bu, hamı üçün çətin idi.

– “Aris”lə matçla müqayisədə bu gün bir qədər məyus görünürsüz. Bu, son dəqiqədə buraxılan qolla bağlıdır?
– Sadəcə, burada hamını üzgün görürəm. Mən çox sevinirəm. Komandanın səviyyəsini bilirəm. Onların üzərində nə qədər təzyiq olacağını bilirəm. Bizim üçün, Azərbaycan futbolu üçün, hamımız üçün böyük qələbədir. Komandam yaxşı oyun göstərdi. Möhtəşəm azarkeşlərimiz var. Bu səbəbə görə hamısına təşəkkür edir və təbrik edirəm. Bizim tərəfdən ən yaxşısına layiqdirlər. Növbəti oyunda qələbə üçün hər şeyi edəcəyik.

– Səfər matçında bugünkü oyunun ilk 75 dəqiqəsindəki kimi oynamalı olduğunuzu dediz. Son dəqiqələrdə oyunun alınmaması əvəzetmədən meydana çıxanlarla bağlı idi?
– Meydana sonradan çıxanları başa düşməyə çalışıram. Onlar oyuna daxil olanda nəticə daha pozitiv idi. Əllərindəın gələni etməyə çalışdılar, vuruşdular, müdafiə olundular. Hava şəraiti ucaboy oyunçularımıza xüsusilə mənfi təsir etdi.  3-4 100 faizlik epizodumuz var idi. Onlardan daha yaxşı istifadə etməliyik.  Daha yaxşı ola bilərik.

– Avstriyada hava şəraiti daha sərin olacaq. Orada “Neftçi”ni fərqli görə biləcəyik?
– Bəzən Avstriyada buradakından daha isti hava şəraiti olur. Uzun müddət bu ölkədə yaşamışam. Ümid edirəm ki, hava daha sərin olacaq. Mən istidən danışanda deməliyəm ki, bu, bütün oyuna təsir edir. Komanda ilk dəqiqələrdən pressinq etməyə başladı, bunun üçün də çoxlu sprintlərdən istifadə edirdilər. Bəzən bundan sonra tez bərpa olunmaq çətin olur. Son dəqiqələrdə Eddini gördük. O, artıq nəfəs almaqda çətinlik çəkirdi. Bu hal digər oyunçularda da olurdu. Əlavə səbəb axtarmaq istəmirəm. Oyunun təzyiqi də bizə çətinlik yaradırdı. “Aris”lə oyunda çoxlu güc itirdik. Bu gün də oyuna yaxşı başladıq. Bəzi epizodlarda oyunçularım öz limitlərindən artığını edirdilər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Beşiktaş”dan darmadağın – Video

admin

“Azərbaycan millisi 35-40 metrlik ərazidə oynayacaq” – Fernandu Santuş

admin

AFFA rəsmisi “Atletiko” – “Bavariya” oyununa təyinat aldı

admin