27 Sentyabr 2022
Kateqoriyasız

“Rapid”lə oyunu unutmaq asan deyil” – Regekampf

Misli Premyer Liqasında II turun “Neftçi” – “Kəpəz” oyunundan (5:2) sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Laurentisu Regekampf jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Bizim üçün yaxşı oyun oldu. Bir qədər narahat idim. Avstriyadan geri qayıtmışdıq. Komandam orada 120 dəqiqə mübarizə apardı. Üzərlərində böyük təzyiq var idi. Oradakı nəticəyə görə üzgün idik. Ona görə bu matçda qalib gəldiyimiz üçün çox sevinirəm. Bəzi epizodlarda istədiyim komandanı gördüm. Amma əminliklə deyə bilərəm ki, daha böyük potensialımız var. Komandamın daha aqressiv olmasını istəyirəm. Əldə etdiyimiz epizodların hamsıını qola çevirməyimizi istəyirəm.

– Əsas futbolçulara üstünlük verməyinizin səbəbi Konfrans Liqasındakı uğursuzluğu unutdurmaq istəməyiniz idi?
– Bunu özümüzə görə etmişəm. Nəticələrimizi nəzərə aldım. “Şamaxı” ilə oyuna nəzər yetirsək, həmin ərəfədə Konfrans Liqasında mərhələ keçmək üçün yaxşı şansımız var idi. Bu baş versəydi, bu gün həmin addımı atardım. Ancaq biz mərhələni keçə bilmədik. Bunun üçün heç bir səbəbim yoxdur.

– Deyəsən, “Rapid”lə matçdakı məğlubiyyəti unuda bilmirsiz…
– Bunu unutmaq asan deyil. Çünki əlimizdə pley-offa keçmək üçün yaxşı şansımız var idi. Bunun üçün çox çalışırdıq. Unutmamalı və bundan nəticə çıxarmalıyıq. Beləliklə, daha güclü olmalıyıq. Komandamı total, aqressiv, hücumameyilli futbol oynayan görmək istəyirəm. Bunun üçün keyfiyyətli futbolçularım var.

– Bəzi epizodlarda istədiyiniz komandanı görməyinizi “Kəpəz”in bir qədər zəif olması ilə əlaqələndirmək olar?
– Belə düşünmürəm. Bəzi epizodlardan məmnun qaldım, ona görə ki futbolçular oyunu ciddi qəbul etmişdilər. Bu gün bəzi epizodlarımız oldu ki, mükəmməl kombinasiyalar yaratdıq. Komandamı 90 dəqiqə belə oynayan görmək istəyirəm. Həmişə belə olmaya bilərik. Rəqibdən də çox şey asılıdır. Komanda kimi inkişaf etməliyik.

– Rəhman Hacıyev sonradan meydana çıxsa da, onu əvəzlədiz. Özü də narazı şəkildə meydandan çıxdı. Arada hər hansı konflikt var?
– Oyunundan narazı olmalıdır. Onun günü deyildi. Rəhman mənim üçün çox vacib oyunçudur. Keyfiyyətini komandanın xeyrinə istifadə etməlidir. Sürətindən və texniki bacarığından yararlanmalıdır. Mən ona hücumçu kimi oynamasını deməmişdim. Amma texnikalı oyunçu olduğuna görə orada da oynaya bilər. Rəhmanla heç bir konfliktimiz yoxdur. Sevinirəm ki, özü özündən narazı çıxdı meydandan.

– Vato Arveladzenin oyunu barədə nə deyə bilərsiz?
– Vato yaxşı oyunçudur. Bizə çox köməyi dəyəcək. Bir həftədir bizimlədir. İstədiyimiz kimi oynamağa tam hazır deyil. Zədələnməməsi üçün ehtiyatlı olmalıyıq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Related posts

“Neftçi” Macarıstan klubu ilə qarşılaşacaq

admin

“Qarabağ” rəsmisinə yüksək etimad: ECA-da vəzifə verildi

admin

“Əsl Ronaldo braziliyalıdır” – İbrahimoviç

admin